Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Breitling ilə tərəfdaş olub

İsveçrə saat istehsalçısı Breitling şirkəti Aston Martin Formula 1 komandası ilə rəsmi tərəfdaş olub.

Breitling loqosu komandanın maşınlarında və pilotların kombinezonlarında yer alacaq. Tərəfdaşlıq çərçivəsində buraxılan ilk saatlar Navitimer adını yenidən avtomobil yarışları dünyasına qaytarıb. 1959 ədəd məhdud seriya ilə istehsal olunan bu modellər Aston Martin brendinin Formula 1-də debüt etdiyi 1959-cu ilə ehtiram olaraq hazırlanıb.

Aston Martin-in icraçı direktoru Lourens Stroll: “Dünya çempionluğu uğrunda mübarizə aparmaq uyğun tərəfdaşların olmasını tələb edir. Bu gün Breitling-i komandamızda böyük qürurla qarşılayırıq. İki brendin tarixi irsindən əlavə bizi gördüyümüz bütün işlərin əsasında duran ortaq dəyərlər birləşdirir. Aston Martin Aramco-da can atdığımız dəqiqlik, ustalıq və mühəndislik mükəmməlliyi Breitling saatlarında öz əksini tapıb. Birgə əməkdaşlığı səbirsizliklə gözləyirik”.

 

Rauf Hacıyev

Şərh əlavə et