AMR26-nın sükanı arxasında Fernando Alonso çalışıb. İspaniyalı pilot 61 dövrə vurub və bu müddətdə komanda bütün sistemlərin, o cümlədən yeni Honda güc qurğusunun etibarlılığını və düzgün işləməsini qiymətləndirib.
Fernando Alonso: “Hər şey yaxşı keçdi və qış fasiləsindən sonra yenidən sükan arxasına qayıtdığıma sevindim. Bu, bizim üçün ilk gün idi. Bilirəm ki, bəzi komandalar hələ yanvarın əvvəlində demo və çəkiliş günləri keçirib, sonra isə bütün həftə Barselonada işləyiblər, amma bizim üçün bu, doğrudan da ilk gün idi.
Nəticələri müsbət qiymətləndirirəm. 60-dan çox dövrə vurmaq mümkün oldu, maşın hər şeyə düzgün reaksiya verir. Birinci gün geridə qaldı, lakin qarşıda hələ çox iş var.
Bazadakı son iki həftə çox gərgin keçdi. Komanda maşını hazır vəziyyətə gətirmək üçün çalışıb və biz yalnız son iki gün üçün Barselonaya gələ bildik. Hamı böyük iş görüb. Son 48 saat sadəcə möhtəşəm idi.
İllər ərzində Formula 1-də çox dəyişiklik görmüşəm, ona görə də maşınla işin hansı istiqamətdə getdiyini tez anlayıram. Yaxşı məsafə qət etdik və hazırlığın bu mərhələsində əsas prioritet də budur. Hər şey indi başlayır, ancaq martda Melburna yollanmadan əvvəl görüləsi çox iş var”.




Şərh əlavə et