Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Müsbət ab-hava var

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Barselonadakı testlərin son gününün protokoluna başçılıq edib.

Yeddiqat Dünya Çempionu testlərin son günündə 67 dövrə vurub və bu həftə Soft kimi istifadə olunan C3 tərkibli təkərlərlə 1:16.348 zaman ilə ən yaxşı nəticəni göstərib. Britaniyalı pilotun vaxtı bütün beş günün ən sürətlisi olub və yeddiqat Dünya Çempionu görülən işdən razı qalıb.

Lyuis Həmilton: “Produktiv və xoş bir həftə oldu. Qış ərzində həm mənim, həm də komandanın bütün əməkdaşları tərəfindən böyük həcmdə iş görülüb. Sevindiricidir ki, bütün bunlar ciddi problemlər olmadan böyük məsafə qət etməyə imkan verdi.

Həftənin əvvəlində yeni maşını yaş trasda sınaqdan keçirmək də mümkün oldu və bu da faydalı təcrübə idi. Hələ öyrənməli və etməli çox şeyimiz var, ancaq komandada müsbət ab-hava hökm sürür və hamı işə köklənib.

İndi əldə olunan məlumatları təhlil edəcəyik və Bəhreyndəki testlərə diqqətlə hazırlaşacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et