Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yaxşı başladıq

Maks Ferstappen Barselonadakı testlərin cümə günündə bütün gün ərzində işləyib, 118 dövrə vurub və beşinci nəticəni göstərib.

Red Bull Racing komandasının pilotu axşam görülən işləri şərh edib və güc qurğusunun etibarlılığını xüsusi qeyd edib.

Maks Ferstappen: “Ümumilikdə testlər pis keçmədi. İlk gün səhər hava şəraitinə görə çox dövrə vura bilmədim, amma bu gün hər şey yaxşı keçdi və böyük məsafə qət etdik ki, bu da əsas məqam idi. Nəhayət, quru trasda işləmək mümkün oldu.

Hələ görüləsi çox iş var. Təkcə mühərriklə yox, ümumilikdə maşınla bağlı. Bilirsiniz, maşında çox dəyişiklik edəndə bir gün ərzində mümkün qədər çox dövrə vurmağa və bir çox məqamları yoxlamağa çalışmaq lazımdır. Testlər də məhz bunun üçündür və biz də elə bunu edirik.

Ümumilikdə yeni mühərriklə bu qədər çox dövrə vura bilməyimiz bizim üçün çox yaxşıdır. Komanda üçün yaxşı başlanğıcdır. Davamını Bəhreyndə gətirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et