Xəbəri Kokpitdə Oxuyun!

Testlərin üçüncü günü başlayır

Barselonadakı testlərin əsas müəyyənedici amili yağış olub. İkinci gündə əksər komandalar trasda işləməməyə qərar verib, yaş trasda qəza edən Ayzek Hacar günü yekunlaşdırıb.

Bu gün üçün də proqnoz dünənkisinə bənzəyir – günün ikinci yarısından sonra yağış gözlənilir. Komandalar isə yağış və keçid təkərlərindən çox az sifariş edib, qəza ehtimalına qarşı ehtiyat hissələri də yetərli deyil.

İkinci gün testlərdə yalnız Ferrari və Red Bull Racing komandaları işləyib. Gözlənilən kimi bu gün Williams və Aston Martin  trasda olmayacaq, digər komandalar isə qərarı hava şəraitinə uyğun verəcəklər. Testlərdə beş gündən üçündə işləmək mümkündür, lakin testlərin bitməsinə cəmi üç gün qaldığı üçün komandalar istəsələr də, istəməsələr də trasa çıxmalı olacaqlar.

Hazırda yalnız Red Bull iki test günü keçirib və ən böyük məsafəni qət edib – 178 dövrə və ya 829 kilometr. McLaren isə hələlik heç bir dövrə vurmayıb. Son çempionlar əgər proqramı iki günə endirmək qərarı verməsələr, bu gün trasa çıxmaları gözlənilir.

Hazırda hava iş üçün münasibdir – sərin və buludludur. Saat 13:00–15:00 arası, yəni nahar fasiləsi vaxtı yüngül yağışın çiskinləyəcəyi, daha sonra isə dayanacağı bildirilir.

Rauf Hacıyev

Şərh əlavə et