Xəbəri Kokpitdə Oxuyun!

Güzgülərdəki işıqlar nəyə yarayır?

Bazar ertəsi yeni nəsil Formula 1 bolidləri Barselonada testlərin ilk günündə trasa çıxdıqda qeyri-adi bir yenilik diqqətli azarkeşlərin nəzərindən yayınmayıb – yan güzgülərə inteqrasiya olunmuş yanıb-sönən sarı işıqlar…

Testlərdən yayımlanan foto və videolar sosial şəbəkələrdə hər bolidə quraşdırılacağı ehtimal olunan yeni sistemlə bağlı müzakirələrə səbəb olub. Bəs bir çoxlarını maraqlandıran bu sirli işıq siqnalı nədir?

Yan güzgülərə yerləşdirilmiş bu göstəricilər daha yaxşı görünüş üçün arxa qanadın kənar hissələrindəki işıqlandırmanı və bolidin enerji bərpa sistemi (ERS) vəziyyətini göstərən yan siqnal işıqlarını tamamlayıb.

Əslində isə sarı işıqlar seriya istehsalı avtomobillərdə istifadə olunan qəza siqnallarına bənzər şəkildə fəaliyyət göstərir. İşıqlar ERS sisteminin aktiv olduğunu göstərdikdə mexaniklər və tras marşalları bolid təhlükəsiz vəziyyətə gətirilənədək ehtiyatlı davranmağın vacib olduğunu anlayırlar.

Rauf Hacıyev

Şərh əlavə et