Xəbəri Kokpitdə Oxuyun!

Ferrari motorunu işə salıb

Ferrari 2026-cı il mövsümü üçün hazırladığı mühərriki ilk dəfə işə saldığı anların görüntülərini yayımlayıb.

2026-cı il Formula 1 mövsümünün başlanmasına az vaxt qalır və komandalar hazırlıqları intensiv şəkildə davam etdirirlər. Təqdimatlar isə yanvarın 16-dan etibarən Red Bull və Racing Bulls komandalarının rəng çalarlarını göstərməsi ilə start götürüb. Ferrari isə yeni bolidin təqdimatını yanvarın 23-də keçirməyə hazırlaşır.

Ferrari təqidmata bir həftə qalmış 2026-cı il mövsümü üçün hazırlanan mühərriyi ilk dəfə işə saldığı anların görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Mühərriyin işə düşdüyü anlarda Ferrari pilotları Lyuis Həmilton və Şarl Lekler, eləcə də komandanın rəhbəri Fred Vassyör də orada olublar.

Paylaşılan videoda komanda üzvlərinin üzündə böyük məmnunluq hissi sezilərkən, Həmiltonun həmin anları telefonla qeydə aldığı diqqət çəkib.

Rauf Hacıyev

Şərh əlavə et