Xəbəri Kokpitdə Oxuyun!

FİA-da ayrılıq

Formula 1-in köməkçi yarış direktoru Kler Dübbelman 2026-cı il mövsümü ərəfəsində FIA-dakı ayrılaraq, Səudiyyə Ərəbistanı Milli Avtomobil İdmanı Federasiyasında (ASN) çalışmağa hazırlaşır.

Kler Dübbelman FIA-dakı karyerasına 2017-ci ildə çempionat meneceri kimi başlayıb və təxminən doqquz il ərzində federasiya daxilində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2024-cü ilin fevral ayında isə o, Formula 1 üzrə İdman Direktoru və Köməkçi Yarış Direktoru vəzifəsinə yüksəlib. Dübbelman ötən mövsüm bu postda Rui Markeş ilə birgə çalışıb.

Bu təyinatla birlikdə Dübbelman FIA yarış direktorları üçün nəzərdə tutulan super lisenziyaya sahib olan ən gənc şəxs olmaqla yanaşı, eyni zamanda bu lisenziyanı alan ilk qadın kimi də tarixə düşüb.

PlanetF1.com-un məlumatına görə, Dübbelmanın FIA ilə mövcud müqaviləsi 31 dekabr 2025-ci il tarixində başa çatıb.

Bildirilir ki, təcrübəli FIA rəsmisi federasiyadan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı ASN-in idman və texniki departamentində fəaliyyət göstərəcək.

Rauf Hacıyev

Şərh əlavə et