Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Dəyişikliklər işlədi

Williams komandasının sürücüsü Karlos Sayns bildirib ki, poul üçün sürətləri çatmayıb.

İspaniyalı sürücü yağışlı şəraitdə keçən Las-Veqas Qran Prisinin sıralanma turunda  üçüncü nəticəni göstərib. Williams komandasının sürücüsü bildirib ki, komanda üçüncü sərbəst yürüşdən sonra avtomobilin sazlamalarını dəyişdirib və bu, ona ön sıralarda mübarizə aparmağa imkan verib.

Karlos Sayns: “Mən həmişə optimist oluram və özümü yaxşı nəticəyə kökləməyə çalışıram.

Bu tras quru hava olanda bizim maşına uyğun gəlir. Üçüncü sərbəst yürüşdə çox da ümidverici performans göstərmədik, buna görə komanda sazlamalarda dəyişiklik etdi, bu da yaş trasda bizə kömək etdi və sıralanma turunun ilk iki sessiyasında ön sıralarda mübarizə aparmağa imkan verdi.

Bilinirdi ki, hamı keçid (intermediate) təkərlərə keçəndən sonra bizə yaxınlaşacaqlar. Bu səbəbdən üçüncü yer məni qane edir. Əlbəttə, poulda olmaq istəyirdik, ancaq bunun üçün sürətimiz çatmadı”.

Rauf Hacıyev

Şərh əlavə et