Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls-a təklif gəlib

Formula 1-də iki komandaya – Red Bull Racing və Racing Bulls-a sahib olan Avstriyanın Red Bull şirkətinə investorlar konsorsiumu tərəfindən “kiçik” komandanın 2,3 milyard ABŞ dollarına alınması barədə təklif daxil olub. Oxşar təkliflər Haas və Alpine komandalarına da göndərilib, lakin komanda sahibləri onları rədd ediblər.

Formula 1-in biznes proseslərindən məlumatlı  jurnalisti Co Savar: “Formula 1 komandalarının dəyəri sürətlə artır, buna görə də sahibləri böyük məbləğlər ödəməyə hazır olan investor qruplarından çoxlu sayda təkliflər alır. Onların məqsədi çempionatın bir hissəsi olmaqdır”.

Hazırda ən bariz nümunə sığorta maqnatı, TWG Global-ın qurucusu Mark Uolterin yeni Formula 1 komandası Cadillac üçün ən azı bir milyard dollar sərmayə yatırmağa hazır olmasıdır. O, başa düşür ki, komandanın sahibi olmaq yatırılmış vəsaiti dəfələrlə artırmaq imkanı verir.

Mənim əldə etdiyim etibarlı məlumata görə, Red Bull bu yaxınlarda Racing Bulls komandasının satışına dair 2,3 milyard dollarlıq investor təklifini rədd edib. Avstriyalı enerji içkisi istehsalçısı təxminən hər ay bir dəfə belə təkliflər alır. Əvvəlki təklif  2 milyard dollar olub və bu təklif onlara avqust ayında edilmişdi.

Eyni vəziyyət Haas və Alpine komandalarında da müşahidə olunur, lakin Cin Haas və Renault şirkəti öz paylarından imtina etmək istəmirlər.

Bəzi komandalar hələ də qazanc əldə etmirlər, çünki investisiya və inkişaf mərhələsini davam etdirirlər. Son Williams maliyyə hesabatına görə, komanda 2024-cü ildə 67,5 milyon dollar zərər edib, baxmayaraq ki, illik gəlir 25 faiz artıb.

Kağız üzərində McLaren, Formula 1-in ən bahalı komandası sayılır, çünki yaxın zamanda payların bir hissəsi sahibini dəyişib və bütün komanda 4,1 milyard dollar dəyərində qiymətləndirilib.

Rauf Hacıyev

Şərh əlavə et