Xəbəri Kokpitdə Oxuyun!

McLaren çempionluğu qeyd edib

Dünən McLaren komandası Vokinqdəki bazasında Konstruktorlar Kubokundakı ardıcıl ikinci qələbəsini qeyd edib.

Komandanın rəhbərləri, həmçinin sürücülər Oskar Piastri və Lando Norris kollektiv qarşısında çıxış ediblər.

Lando komandanı bu mövsüm artıq on iki qələbə qazanmalarına imkan verən MCL39 bolidi üçün təşəkkür edib:

Lando Norris: “Bu nəticəni bir daha əldə etdiyimiz üçün inanılmaz hisslər keçirirəm. İkinci dəfə ardıcıl çempion olmaq birinci qədər möhtəşəmdir. Komanda bizə hər həftəsonu sürməkdən zövq aldığımız inanılmaz, dominant bir maşın təqdim etdi. Bu günü hamı ilə birlikdə qeyd etmək məni xoşbəxt edir. Bu anı heç vaxt unutmayacağam”.

Mövsümün bitməsinə altı yarış qalmış çempionluq uğrunda mübarizə davam edir. Maks Ferstappen tədricən McLaren sürücülərinə yaxınlaşır və Oskar Piastri komandasına hələ heç nəyin bitmədiyini incə şəkildə xatırladıb:

Oskar Piastri: “Son bir neçə mövsümdə əldə etdiyimiz nəticələr təsiredicidir. Birlikdə uzun yol qət etmişik və tarixdəki ən dominant mövsümlərdən birini keçirdiyimizi bilmək inanılmaz hissdir. Bu uğuru Vokinqdə hamı ilə birlikdə qeyd edə bildiyim üçün minnətdaram.

Formula 1-də mütəmadi olaraq ön sıralarda mübarizə aparmaq böyük şərəfdir, və bu, komandanın hər bir üzvünün zəhməti sayəsində mümkün olub.

Hələ mövsümün dörddə biri qarşıdadır və mənim tərəfimdən bu, sadəcə yumşaq bir xatırlatmadır. Bizi hələ çox yarış gözləyir. Onları səbirsizliklə gözləyirəm və mövsümün son altı mərhələsində hansı nəticələrə nail olacağımızı görmək maraqlı olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et