Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Həmişə Kimiyə dəstəyəm

Formula 1-in əfsanəvi sürücüsü Lyuis Həmilton gənc həmkarı Kimi Antonelliyə həmişə dəstək verdiyini deyib.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu keçmiş komandası Mercedes ilə çıxışlarını başa vursa da, komanda ilə yaxşı münasibətlərini davam etdirir.

Britaniyalı pilot bildirib ki, Kimi Antonelli ilə vaxtaşırı əlaqə saxlayır və gənc sürücüyə istənilən an kömək etməyə hazır olduğunu deyir.

Lyuis Həmilton: “Mən ona həmişə yanıda olduğumu deyirəm. Onun tək olmadığını bilməsi vacibdir. Çalışıram ki, işlərinə qarışmayım, amma o həmişə mənə güvənə biləcəyini və lazım olsa, kömək üçün müraciət edə biləcəyini bilir. Onsuz da ətrafında möhtəşəm insanlar var.

Kiminin 18 yaşı var. Mən isə 18 yaşımda Formula 1-ə hazır deyildim. Amma o, açıq-aşkar hazırdır, çünki bu il, xüsusən mövsümün ilk yarısında əla iş görüb. Onun istedadı var, indi əsas məsələ təcrübə toplamaqdır. Uğur qazanmaq istəyəndə təzyiqə dözmək çətin olur, amma düşünürəm ki, Kimi bunun öhdəsindən əla gəlib və o, çox yaxşı insandır”.

Rauf Hacıyev

Şərh əlavə et