Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: Traslara öyrəşməliyəm

Red Bull komandasının sürücüsü Liam Louson bildirib ki, yeni bolidə tez uyğunlaşıb.

Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü qış testlərində pis çıxış etməyib. Lakin onun yeni komandasında necə çıxış edəcəyi hamıya maraqlıdır.

Liam Louson bildirib ki, maşına tez öyrəşsə də, mövsümün əvvəlində yarışların olacağı traslardakı təcrübələr çox vacib olacaq: “İndiyə kimi maşına çox yaxşı öyrəşdim və getdikcə özümü daha da rahat hiss edirəm. Maşında daha çox vaxt keçirmək həmişə faydalı olur.

Mövsümün əvvəlində mənim üçün əsas olan trasları öyrənməkdir. Yeni komandaya və maşına öyrəşməliyəm. Ancaq əsl çətinlik ilk yarışlarda daha əvvəl çıxış etmədiyim traslarda sürmək olacaq. Buna görə də əsas olan trasları ən yaxşı formada öyrənməkdir.

Boksun digər tərəfində Maks Ferstappen var və bolidi inkişaf etdirmək üçün çox vacib rolu olacaq. Mənim əsas vəzifəm trasda temp qazanmaq və bolidə tam uyğunlaşmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et