Kokpit.az bildirir ki, Aston Martin bu gün komandanın sosial şəbəkəsində Silverstoundakı bazada Ədrian Nyuinin ofisini paylaşıb və burada əfsanəvi mühəndisin işlədiyi lövhəni ön plana çıxarıb.
66 yaşlı Ədrian Nyui keçən il Red Bull-dan ayrıldıqdan sonra icbari məzuniyyətə çıxmışdı. O, martın 3-dən etibarən Aston Martin-də işə başlayıb.

Aerodinamikanın atası sayılan Ədrian Nyui 26 Formula 1 çempionluğu qazanıb. O, müasir dövrdə ənənəvi üsullardan yox, keçmişdəki kimi lövhədən istifadə edir. Müasir dövrdə CFD kimi elektron həll yolları olduğu halda britaniyalı mühəndis keçmişdəki kimi lövhədə iş görür. Aston Martin də sosial şəbəkədəki paylaşımla bu anı əbədiləşdirib.
Nyui Aston Martin-ə gələrək, böyük məsuliyyətin altına girib. O, 19 il əvvəl Red Bull-a keçəndə də bənzər vəziyyətə düşmüşdü.
Aston Martin komandası 2023-cü ildə yaxşı performans göstərsə də, keçən il zəif performans göstərib və orta sıra komandasına dönüb. Buna görə də “yaşıllar” uğursuzluq zolağından çıxmaq istəyirlər.
Gələn il Formula 1-də yeni texniki reqlamnet başlayacaq. Bu reqlament bütün komandalara böyük fürsətlər təqdim edəcək. Ədrian Nyuinin də əsas vəzifəsi komandanı gələnilki bu reqlamentə hazırlamaq olacaq.




Şərh əlavə et