Kokpit.az bildirir ki, Bəhreyndəki mövsümöncəsi testlərdə hava şəraiti tez-tez dəyişib. Buna görə də monakolu sürücü testlərdən qəti nəticə çıxarmağın çətin olduğunu deyib.
Şarl Lekler: “Bu il mövsümöncəsi testlər öyrəşdiyimizdən fərqli idi. Bəhreyndəki dəyişkən hava şəraiti görə dəqiq fikir bildirmək çətindir. Küləyin yönü hər dövrə dəyişirdi. Son gün gecə yağış yağdı və hava temperaruru tez-tez dəyişirdi.
Buna görə də bütün komandalar əvvəlki illərə nisbətən ilk yarışa qeyri-müəyyənliklə çıxacaqlar. Yenə də bolidin trasda necə davrandığını öyrəndik.
Simulyatorda bəzi detalları təhlik edərək real maşınla olan hissiyatımızı müqayisə edəcəyik. Önümüzdəki həftələrdə bolidin sürətini yüksək səviyyəyə çıxarmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et