Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu ildən etibarən Ferrari komandasının şərəfini qoruyacaq. Artıq onun qırmızı maşınla ilk yarışına çox az zaman qalır.
Lyuis Həmilton ümid edir ki, onun Ferrari-yə keçidi 2013-cü ildə Mercedes-ə keçidi kimi doğru zamanda olsun. 40 yaşlı pilotun o həmləsi ona altı Dünya Çempionluğu qazandırmışdı.
Lyuis Həmilton: “Yeni komandaya keçid motivasiyanı artırır və belə fürsətə sahib olmaq istənilən sürücü üçün yuxuya bərabərdir. Buna görə də bu fürsəti ciddiyə alıram. Bundan başqa Karlosa və onun komandada gördüyü işlərə hörmət edirəm.
Bilirəm ki, məni çətin bir dövr gözləyir. Mercedes-ə keçdiyim vaxtı xatırlayıram və doğrudan da yeni komandaya keçmək heç də asan deyil. Yeni insanlar tanımaq, bolidləri və hər şeyi öyrənmək üçün vaxt lazımdır.
Yeni mövsümə 2013-cü ildə Mercedes-ə qatıldığım motivasiya gəlmək həm həyəcan, həm də ilham verir”.
Lyuis Həmilton Ferrari ilə Formula 1 karyerasının səkkizinci titulunu qazanmaq istəyir. “Qırmızılar” Sürücülər Çempionatını son dəfə 2007-ci ildə, Mühəndislər Kubokunu isə 2008-ci ildə qazanıblar.
Sebastyan Fettel və Fernando Alonso kimi əfsanəvi pilotlar da Ferrari-nin titul həsrətinə son qoya bilməmişdilər.
Lyuis Həmilton: “Özümü Mixael Şumaxerlə müqayisə etməyi düşünmürəm. Hazırda ağlımda elə şey yoxdur. Gələcəkdə nə olacağı müəmmalıdır. Hazırda təbii ki, böyük həyəcan var. Hazırda deyəcəyim başqa söz yoxdur”.
Şərh əlavə et