Yeni Formula 1 Hot Wheels kolleksiyası 2025-ci il ərzində bütün dünyada bazara çıxarılacaq və Hot Wheels Basics (tək və beşli paketlər), premium kolleksiya məhsullarl və oyun dəstləri daxil olmaqla səkkiz Formula 1 komandasından ibarət məhsullar olacaq.
Bu seriya 2024-cü ildə məhdud sayda bazara çıxarılan 1:64 miqyaslı F1 bolidlərinin genişləndirililmiş versiyasıdır.
Əfsanəvi 1:64 miqyaslı Hot Wheels Basics bolidləri ildırım sürətli Formula 1 trası dəstlərində yarışmaq üçün dizayn edilib. Azarkeşlər kolleksiyalarını yeni premium Formula 1 maketləri ilə genişləndirə bilərlər. Bu modellar metal gövdə və şassidən, original komanda dizaynlarından, sürücü nömrələrindən və Pirelli təkərlərindən ibarətdir.
Azarkeşlər xüsusi hazırlanmış Formula 1 Sprint Circuit və Formula 1 Sprint Race tras dəstlərində yüksək oktanlı yarışlarla dostlarını və ailələrini üstələməyə çalışacaqlar. Sprint Circuit tras dəsti damalı bayrağa kimin ilk çatacağını müəyyən edərkən, Sprint Race dəsti avtomobillərə əlavə sürət verən DRS gücləndiricisi ilə diqqəti cəlb edir.
Mattel 2025-ci ildə pərəstişkarlara yönəlmiş Hot Wheels tədbirləri və pərakəndə satış imkanları ilə seçilmiş Qran Prilərdə iştirak edəcək.
Formula 1-in kommersiya direktoru Emili Preyzer bunları deyib: “Hot Wheels Formula 1 kolleksiyasının bütün dünyada rəflərdə yer almağa başlamasını görmək çox xoşdur. Biz azarkeşlərimizin yarışa olan həvəsini artırmaq istəyirik və gözəl dizayn edilmiş bu avtomobillər onlara Formula 1-in dramını və həyəcanını evdə ovuclarında yaşamağa imkan verəcək”.
Hot Wheels-in Vitse-Prezidenti Roberto Staniçi isə bunları deyib: “Bizim Hot Wheels və Formula 1 elanımızdan sonra dünyanın hər yerindən olan pərəstişkarların coşğulu reaksiyası həyəcan verici oldu. Əməkdaşlığın növbəti mərhələsi azarkeşlərə Hot Wheels və F1 dünyalarını əvvəllər heç vaxt görülməmiş şəkildə bir araya gətirən məhsullar və təcrübələr təqdim etməkdən ibarətdir və biz yeni başlayırıq”.
Şərh əlavə et