Kokpit.az bildirir ki, Formula 1 və Mattel İNc. Formula 1 temalı Hot Wheels məhsulları üçün yeni qlobal lisenziya müqaviləsi bağlayıb.
Bu tərəfdaşlıq hesabına yarış həyəcanı 1:64 miqyasında təqdim ediləcək və həm gənc, həm də yeniyetmə kolleksiyaçıların sevimlisi olacaq.
Tərəfdaşlıq bu ilin sonuna qədər oxşarı olmayan F1 bolidinin satışa çıxarılması ilə başlayacaq. Komandaların bolidlərindən və müxtəlif məhsullarından ibarət olan Hot Wheels seriyası isə 2025-ci ildə satışa çıxarılacaq.
Məhdud sayda istehsal edilən bolid bu gün Mattel Creationsda təqdim edilib. Xüsusi Hot Wheels yarış dizaynına sahib olan bolidin burnunda əfsanəvi 68 nömrə var və onun təkərlərini dəyişmək olur. Onun gövdəsi isə metaldandır və Formula 1 dizaynında hazırlanıb.
Bundan başqa Formula 1 Hot Wheels markasını Qran Prilərə dəvət edərək müxtəlif tədbirlər keçirəcək. Bu tədbirlər ailələri bir araya gətirəcək və müxtəlif kampaniyalar təqdim edəcək.
Şərh əlavə et