Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Qızğın mübarizə olacaq

Williams komandasının sürücüsü Aleks Elbon düşünür ki, 2025-ci ildə Sauber-də yarışmaq üçün gərfin mübarizə gedəcək.

Kokpit.az xatırladır ki, 2025-ci il üçün iki yer boşdur. Bunlardan biri Sauber komandasında, digəri isə RB komandasındadır.

Sauber üçün namizədlər çoxdur. Amma ən əsasları hazırkı sürücüləri Valtteri Bottas, digəri isə hazırda Formula 2-də lider olan Qabriel Bortoletodur. Lakin siyahıya yeni bir sürücü də qatılıb. Bu, Williams komandasında mövsümün sonuna qədər Loqan Sarcenti əvəzləmiş Franko Kolapintodur.

Aleks Elbon: “Kolapintonun gələcəyi necə olacaq bilmirəm. Amma Saueber-dəki yer üçün bizi gərgin mübarizə gözləyir. Franko da bu gərgin mübarizəyə daxil olacaq.

Belə görürəm ki, bu reallaşa bilər. Amma prosesin tam olaraq necə getdiyini bilmirəm. Paddokdakı dedi-qoduları siz məndən daha yaxşı bilirsiniz”.

Loqan Sarcent Williams ilə 36 yarışa çıxmış və sadəcə 1 xal toplaya bilmişdi. Ancaq Kolapinto Azərbaycan yarışında 8-ci yeri tutaraq, 3 yarışda 4 xal toplaya bilib.

Aleks Elbon: “Kolapinto çox sürətli və çox rahat sürücüdür. Formula 1-ə yeni yüksələn pilotlar çox vaxt gərgin olurlar. Amma o, özünü belə hiss etmir. Gəldiyi andan ən çətin traslarda özünü ən yaxşı tərəfdən göstərdi”.

Qeyd edək ki, Williams komandası Franko Kolapintonu Sauber-də yarışdırmaq üçün danışıqlara başladıqlarını təsdiq edib.

Rauf Hacıyev

Şərh əlavə et