Xəbəri Kokpitdə Oxuyun!

H.Şmits yeni vəzifəyə təyin olunub

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Hanna Şmits McLaren ilə müqavilə bağlayan Vill Kurtnini əvəz edəcək. 

Kokpit.az bildirir ki, Red Bull-un baş strateqi Vill Kurtni keçən həftə McLaren komandasına idman direktoru kimi təyin olunub. Red Bull komandasının strategiya komandası baş strateq Vill Kurtni, təcrübəli strateq Stefen Noules və baş strateq mühəndisi Hanna Şmitdən ibarətdir. 

Kortni 2026-cı ilə qədər McLaren komandasına getməyəcək. Buna görə də Red Bull komandası bildirib ki, Kortni 2026-cı ilin ortasına  – müqaviləsi bitənə qədər Red Bull-da qalacaq.

Red Bull şirkəti bu barədə belə açıqlama verib: “Villə idman direktoru vəzifəsini təklif etdik. Uzun və uğurlu xidmətindən sonra onun gedişini görmək bizi məyus edir. Amma karyerasının yeni dövründə ona uğurlar arzulayırıq”.

Red Bull şirkəti indidən onun yerinə keçirəcəyi adamı müəyyən edib. Helmut Marko bu barədə belə danışıb: “Uğurlu olduğunuzda insanların sizə təklif göndərməsi çox normaldır. Aramızda bu vəzifəni ala biləcək bir adam var və o Hanna Şmitsdir. Vill Kurtniyə verdiyimiz təklif ona maraqlı olmadı. Bu vəzifə üçün ona maliyyə cəhətdən də yaxşı təklif vermişdik”.

Rauf Hacıyev

Şərh əlavə et