Kokpit.az xatırladır ki, Red Bull komadası Azərbaycanda qənaətbəxş nəticə göstərib. “Qırmızı öküzlər” sıralanma turunda Serxio Peres 4-cü, Maks Ferstappen 6-cı yeri tutub. Yarışda isə Serxio Peres ikinci yer uğrunda mübarizə apararkən Karlos Saynsla təmas edib və yekunda hər iki sürücü də mübarizəni dayandırıb. MaksFerstappen isə səhv sazlanma seçdikdən sonra yarışda çətinliklə üzləşib və yarışı əzəli rəqibi Lando Norrisin gerisində 5-ci yerdə tamamlayıb.
Helmut Marko Azərbaycan yarışından sonra pilotlarının performansını dəyərləndirib və bunları deyib: “Serxio Peres Lekleri keçməyə çalışırdı, amma mübarizə zamanı Sayns arxadan onu gəlib keçdi. Peres yerini geri aldı, ancaq mənim gördüyüm qədərilə Sayns heç bir səbəb olmadan ona çırpıldı. O anda Çeko üçün podium fürsəti tamamilə yox oldu”.
Helmut Marko Maks Ferstappenin performansı ilə bağlı bunları deyib: “Maks bir neçə sürətli dövrə atsa da, bunu davamlı edə bilmədi. Təkər yeyilməsi Çekoya nisbətən dah çox idi. Eyni zamanda əyləc problemləri də yaşadı. Lakin artıq doğru yöndə gedirik”.
Şərh əlavə et