Kokpit.az bildirir ki, Maks Ferstappen yarışın 50-ci dövrəsində başlayan virtual təhlükəsizlik maşını rejimində sürətini azaltmadığı üçün stüardlar tərəfindən araşdırılmağa başlanıb.
Lando Norris radiodan komandasına deyib ki, Maks Ferstappen virtual təhlükəsizlik rejimində başqa sürücünü keçib. Lakin Maks bu ötməni Rassell və Norrisi təbrik edərkən reallaşdırıb.
Yarışdan sonra danışan Maks Ferstappen bildirib ki, o heç bir şeyi səhv etməyib və araşdırıldığı üçün təəccüblüdür: “Hər şeyi düzgün etdim. Damalı bayraq çıxmışdı və finiş xəttini keçmişdim.
Bilirsiniz ki, yarışdan sonrakı dövrədə sürücülər bir-birlərinin yanına yaxınlaşaraq təbrikləşirlər. Mən də eyni şeyi etdim. Buna görə də çox təəccüblüyəm”.
McLaren isə pit xəttini tapdaladığı üçün araşdırılır.
Şərh əlavə et