Xəbəri Kokpitdə Oxuyun!

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Azərbaycan yarışında qazandığı podium onun üçün bonus olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü həftəsonuna yaxşı başlamamış və birinci sərbəst yürüşlərdən sonra yeni motora keçmişdi. O bundan sonra sıralanma turunda qənaətbəxş performans göstərərək, 5-ci yeri tutmuşdu.

Corc Rassell yarışın startında Maks Ferstappenin gerisinə düşsə də, sonra niderlandlı rəqibini keçərək, yenidən 5-ci ye yüksəlib. Yarışın bitməsinə iki dövrə qalmış Karlos Saynsla Serxio Peres insidentə qarışıblar və bunun hesabına Corc Rassell yarışı podiumda bitirib.

Corc Rassell: “Yarışa doğrudan da pis başladıq, amma Hard təkərdə ən sürətli maşınlardan biri idik. Maksı keçdik və daha sonra podium qazanmaq bonus oldu.

Sonda təhlükəsizlik maşınının çıxmamasına təəccübləndim. O maşınlarda hər şey ola bilərdi. Hamının yaxşı olmasına sevindim”.

Rauf Hacıyev

Şərh əlavə et