Kokpit.az xatırladır ki, dünənki ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Şarl Lekler hamını üstələyib. Bugünkü son məşqlərdə isə Corc Rassell fərqlənib. Sıralanma turunda isə Lekler ardıcıl dördüncü dəfə Bakıda poulun sahibi olub.
Start düzümündə ilk cərgədə Lekler və Piastri, ikinci cərgədə Sayns və Peres, üçüncü cərgədə isə Rassel və Ferstappen qərarlaşıb. Həmilton və Okon pit yolundan mübarizəyə qoşulublar.
Pirelli bura ən yumşaq 3 təkəri, yəni, C3, C4 və C4 tərkiblərini gətirib. Yarışa Elbon, Rikkardo, Norris, Çjou, Qasli və Okon sərt, qalanları isə yumşaq təkərlərlə başlayıblar.
Startda Lekler yerini qoruyub. Peres Saynsı, Ferstappen isə Rasselli keçib. Norris iki pillə irəliləyib. Strollun təkəri deşilib və pitə gəlməli olub. Norris daha bir pillə irəliləyərək 12-ci yerə qalxıb.
Norris üçüncü dövrədə Tsunodanı da geridə qoyub. 3-cü dövrədə ilk onluq: Lekler – Piastri – Peres – Sayns – Ferstappen – Rassell – Alonso – Kolapinto – Elbon – Berman.
Tsunoda temp itirib və xeyli geriləyib. Kolapinto 11-di dövrədə pitə girib və ağ təkərlərə keçib. Onu Alonso və Bottas izləyiblər. Liderlər qrupundan ən tez boksa çağrılan Ferstappen və Rassell olub. Həmilton və Tsunoda da yeni təkərlərə keçiblər.
Peres 14-cü dövrədə təkər dəyişib. Ferrari və McLaren sürücüləri trasda daha çox qalmağı seçiblər. Berman pit-stopa gedib, Rassell Qaslini geridə qoyub. Piastri pit yoluna üz tutub. Norris Peresi arxasında ləngidib və nəticədə komanda yoldaşı Piastri meksikalı sürücünün önündə trasa qayıdıb.
Tsunoda boksa gələrək yarışı yarımçıq saxlayıb – onun maşınının sayd-podunda ciddi zədə olub. Lekler 17-ci dövrədə pit-stopa dəvət edilib və əsas rəqiblərinin önündə trasa qayıdıb. Sayns da pit-stop edib və trasa altıncı yerdə qayıdıb.
Piastri 19-cu dövrənin sonunda Leklerə hücum edərək liderliyi ələ alıb. Leklerin mövqeyini qaytarmaq cəhdləri nəticə verməyib. Sayns 25-ci dövrədə Norrisi ötüb. Peletonun bir çox yerində yaxın mübarizə olsa da, ötmələr olmayıb.
Elbon nəhayət, 32-ci dövrədə pit-stop edib. Rassell 34-cü dövrədə Ferstappeni üstələyib. Hülkenberq Kolapintonu keçib. Norris yalnız 38-ci dövrədə təkərləri dəyişib və Ferstappenlə fərqi azaltmağa başlayıb. Həmilton 41-ci dövrədə Bermanı keçib. 43-cü dövrədə ilk onluq: Piastri – Lekler – Peres – Sayns – Rassell – Ferstappen – Norris – Alonso – Elbon – Hülkenberq.
Stroll əyləc probleminə görə 47-ci dövrədə mübarizəni dayandırıb. Liderlik uğrunda qızğın mübarizə davam edib, Leklerin tempi azalıb və Peres ona hücumlar etməyə başlayıb. Norris 48-ci dövrədə çempionatdakı əsas rəqibi Ferstappeni ötüb.
Peresin Leklerə hücumu nəticəsiz qalıb və Sayns fürəstdən istifadə edərək onu keçib. Lakin az sonra ikili insident yaşayaraq yarışı dayandırıblar. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.
Yarış belə də başa çatıb. Oskar Piastri mövsümdə və karyerasında 2-ci qələbəsini qazanıb. Şarl Lekler ikinci, Corc Rassell isə üçüncü sıranın sahibi olub. Beləliklə, McLaren komandası Mühəndislər Kubokunda birinci yerə yüksəlib.
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Oskar Piastri | McLaren | 1:32:58.007 | 1 |
2 | Şarl Lekler | Ferrari | +10.910 | 1 |
3 | Corc Rassell | Mercedes | +31.328 | 1 |
4 | Lando Norris | McLaren | +36.143 | 1 |
5 | Maks Ferstappen | Red Bull | +77.098 | 2 |
6 | Fernando Alonso | Aston Martin | +85.468 | 1 |
7 | Aleksander Elbon | Williams | +87.396 | 1 |
8 | Franko Kolapinto | Williams | +89.541 | 1 |
9 | Lyuis Həmilton | Mercedes | +92.401 | 1 |
10 | Oliver Berman | Haas | +93.127 | 1 |
11 | Niko Hülkenberq | Haas | +93.465 | 1 |
12 | Pyer Qasli | Alpine | +117.189 | 1 |
13 | Daniel Rikkardo | RB | +146.907 | 1 |
14 | Quanyu Çjou | Sauber | +148.841 | 1 |
15 | Esteban Okon | Alpine | +1 dövrə | 1 |
16 | Valtteri Bottas | Sauber | +1 dövrə | 1 |
Sürətli dövrə: Lando Norris (McLaren) – 1:13.817 (72-ci dövrə, 207.708 km/s).
Pilot | Komanda | Dövrə | Səbəb |
Serxio Peres | Red Bull | 50 | qəza |
Karlos Sayns | Ferrari | 50 | qəza |
Ləns Stroll | Aston Martin | 47 | əyləc |
Yuki Tsunoda | RB | 17 | mexaniki problem |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 313 |
2 | Lando Norris | McLaren F1 Team | 254 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 235 |
4 | Oskar Piastri | McLaren F1 Team | 222 |
5 | Karlos Sayns | Scuderia Ferrari | 184 |
6 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 166 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 143 |
8 | Serxio Peres | Oracle Red Bull Racing | 143 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 58 |
10 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 24 |
11 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 22 |
12 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 22 |
13 | Aleksander Elbon | Williams Racing | 12 |
14 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 12 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 8 |
16 | Oliver Berman | Scuderia Ferrari | 7 |
17 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 6 |
18 | Esteban Okon | BWT Alpine F1 Team | 5 |
19 | Franko Kolapinto | Williams Racing | 4 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | McLaren F1 Team | Mercedes | 476 |
2 | Oracle Red Bull Racing | Honda RBPT | 456 |
3 | Scuderia Ferrari | Ferrari | 425 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 309 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 82 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 34 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 29 |
8 | Williams Racing | Mercedes | 16 |
9 | BWT Alpine F1 Team | Renault | 13 |
Şərh əlavə et