Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Maks ikinci ola bilərdi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 16-cı döngədə səhv etməsəydi, sıralanma turunda ikinci ola bilərdi.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 6-cı yeri tutub və komanda yoldaşı Serxio Peresdən 2 pillə geridə qalıb.

Helmut Marko: “Tempimiz var idi, amma Maks çox nadir səhvlərindən birini edərək 16-cı döngədə 0.1 saniyə itirdi. Maks əslində bütün həftəsonu ərzində 16-cı döngədə problemlər yaşadı. Əgər səhv etməsəydi, ikinci ola bilərdi. Böyük səhv olmasa da, bu yöndə təsiri oldu.

Yenə də yarışdakı tempimizlə və yarışda təkərlərə yaxşı nəzarət etməklər bir podium qazana bilərik.

Məncə, Lando Norrisin çempionluq ümidləri hələ bitməyib. Burada ötmə etmək asandır. Özü də, maşını da sürətlidir. Amma geridən başlamaq çempionat üçün bizə inam verir”.

Rauf Hacıyev

Şərh əlavə et