Kokpit.az xatırladır ki, niderlandlı sürücünün komandası Red Bull ilə 2028-ci ilin sonuna qədər müqaviləsi var. Lakin Mercedes və Aston Martin komandaları son 3 ilin Dünya Çempionunu heyətinə qatmaqda israrlıdırlar.
Mercedes komandasının rəhbəri Toto Volff Maks Ferstappeni komandaya gətirmək üçün əlindən gələni edir. Digər tərəfdən Aston Martin komandası da 2026-cı ildə üçqat Dünya Çempionunu gətirmək üçün pul xərcləməyə razıdır. Bəzi iddialara görə isə 26 yaşlı Maks Mercedes-lə Red Bull-un 2025-ci ildəki məlumatlarını müqayisə edərək son qərarı verəcək.
Bu barədə Formula 1 şərhçisi Tom Klarkson belə danışıb: “Toto Volff Maks Ferstappeni növbəti mövsüm komandaya gətirmək fikrindən hələ daşınmayıb. Red Bull və Maks daha əvvəl bildirmişdilər ki, o 2025-ci ildə elə Red Bull-da qalacaq. Ancaq 2026-cı ildə işlər dəyişə bilər.
Gələn il bu vaxtlar Maks Ferstappen Red Bull Powertrains-in nə edəcəyini görəcək. Daha sonra Mercedes komandasının Britaniyadakı motor bazasına gedərək 2026-cı il üçün ən doğru seçimi etməyə çalışacaq”.
Şərh əlavə et