Haas artıq komandaya pul buraxır

Haas artıq komandaya pul buraxır
CIRCUIT OF THE AMERICAS, UNITED STATES OF AMERICA - OCTOBER 21: Ayao Komatsu, Chief Engineer, Haas F1 Team and Gene Haas, Owner and Founder, Haas F1 Team during the United States GP at Circuit of the Americas on Saturday October 21, 2023 in Austin, United States of America. (Photo by Andy Hone / LAT Images)

Kokpit.az xatırladır ki, Haas komandası 2023-cü ildə zəif performans göstərmişdi. Lakin bu il onlar yenidən özlərinə gəliblər və Mühəndislər Kubokunda 7-ci yerdədirlər.

Ayao Komatsu: “Silverstoun və Avstriya yarışındakı yaxşı nəticələrdən əvvəl Cin Haas bizim bir neçə ideyamızla razılaşmışdı. Yəni ki, bu iki yarış olmadan da onun etibarını yenidən qazanmışdıq. Lakin nəticələr də bizə kömək etdi.

Bəzən buna körpə uşağın addımları deyirəm. Daha sürətli hərəkət etmək istəyirik, amma elə sürətlə getməliyik ki, gərək yıxılmayaq. Yekunda burada bir balansa ehtiyacımız var.

Cin yeni qonaq otağı üçün sərmayə ayırdı. Bu, çox vacib sərmayədir. Komanda 2016-cı ildən bəri bu qonaq otağını istifadə edir. Keçən il razılıq almağa çalışsaq da, maşının performansı zəif olduğu üçün alınmamışdı.

Cin həmişə deyir ki, əgər işləyib inkişaf ediriksə, sərmayə qoymaqdan heç vaxt qaçmaram. Bunu ilk gündən etibarən öyrənmişəm. Artıq hər şeyi eyni anda necə edəyimi öyrənməli olduğumu anladım.

Cin komandaya sərmayə qoyur. Artıq komandaya yeni işçilər götürürük və resursları yüksəldirik.

Cin həmişə komandaya sərmayə qoyur, amma bu sərmayənin təsirini görmək üçün zamana ehtiyacımız var”.

Bunları da oxuyun

Şərh əlavə et