Ferrari yay fasiləsinə Mühəndislər Kubokunda McLaren və Red Bull-dan sonra üçüncü yerdə qərarlaşaraq gedib.
İtaliya komandası mövsümə SF-24 avtomobili ilə yaxşı başlamış, lakin İspaniya Qran Prisindən sonra edilən yeniliklərlə onların performansı xeyli aşağı düşüb. Yeni altlıq dizaynı avtomobilin balansını pozan dalğalanma probleminə səbəb olub. Yay fasiləsinə qədər bu problemləri həll etmək üçün çalışan Ferrari son yarışlarda nisbətən yaxşı vəziyyətdə idi.
RacingNews365-in məlumatına görə, Ferrari ilin ikinci yarısında həm performansı artırmaq, həm də dalğalanma problemini tamamilə aradan qaldırmaq üçün əhəmiyyətli yeniliklər təqdim edəcək. Bu yeniliklərlə əsasən aerodinamika və asılqan hissələrinə diqqət yetiriləcək. Bununla da İtaliya komandası çempionatda daha güclü çıxış etməyi və qələbələr uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub.
Şərh əlavə et