Xəbəri Kokpitdə Oxuyun!

Alpine-nin yeni rəhbəri məlumdur?

Alpine komandasında dəyişikliklər birmir. Tezliklə Mercedes motorlarına keçməsi gözlənilən Alpine komandası rəhbərini dəyişməyə hazırlaşır. Bu vəzifəyə Formula 2 və Formula 3-də Hitech komandasına rəhbərlik edən Oliver Ouksun gəlməsi gözlənilir. 

Bruno Faminin Alpine komandasındasının rəhbəri kimi fəaliyyəti tezliklə başa çatır. Bir il əvvəl  Belçika Qran Prisi zamanı Bruno Famin komandanın rəhbəri təyin edilmişdi.

Famin əvvəlcə bu vəzifəni “bir müddətlik” üzərinə götürmüşdü, lakin sonradan onun vəzifəyə daimi olaraq keçdiyi açıqlanmışdı. İndi Famin üçün komanda rəhbərliyi müddəti başa çatır, çünki Alpine-nin bu vəzifə üçün yeni namizədi var.

Komanda bu barədə heç bir açıqlama verməyib, lakin Britaniya mətbuatına görə Famini gənc Oliver Ouksun əvəzləyəcəyi gözlənilir.

Alpine daha əvvəl 36 yaşlı britaniyalıya  təklif göndərmişdi, lakin Ouks Formula 2 və Formula 3 yarışlarında iştirak edən HiTech-in komanda  rəhbəri olmuşdu.

Qeyd edək ki, Ouks sabiq kartinq çempionudur və o Alpine-də vəzifəyə başlasa, paddokdakı ən gənc komanda rəhbəri olacaq. Hələlik Alpine və Ouksdan rəsmi açıqlama gəlməyib, lakin rəsmi açıqlamanın tezliklə gəlməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et