Kokpit.az xatırladır ki, uzun müddət çəkən şayiələrdən sonra Ferrari-nin F1 şassi proqramının rəhbəri Enriko Kardile komandanı tərk edib və o, Aston Martin komandasının yeni texniki direktoru olub. Komandanın rəhbəri Frederik Vassyör müvəqqəti olaraq onun vəzifələrini icra edəcək.
Lakin Frederik Vassyör bildirib ki, yay tətilindən sonra komandanın yeni texniki quruluşunu və heyətini açıqlayacaq: “Yay tətilindən sonra yeni texniki heyətimizi açıqlayacağıq. Kardilenin getməsi bizim üçün faciə olmadı. Yekunda bu layihə üzərində işləyən 200-300 işçimiz var. Həmişə demişəm ki, şəxslər qrupdan vacib deyil. Birini işə götürəndə də bu belədir. Birini komandadan göndərəndə də”.
Enriko Kardile Ferrari-dən pis vaxtda ayrıldı, çünki komanda hazırda yüksək sürətdə dalğalanma problemləri yaşayır. Bu problem əsasən Barselona yeniliklərindən sonra yarandı və bunu həll etmək lazımdır.
Digər tərəfdən isə ən güclü komanalar arasında fərqlər azalır. Bu anda Ferrari gözlənilən inkişafı göstərə bilməyib və Barselona yarışından etibarən McLaren və Mercedes-in gerisində qalıb.
Lakin Frederik Vassyör inanır ki, komanda 2023-cü ildən bəri inkişaf edib və yenə də öz gücünə inanır: “Çətin bir vaxtda göstərdik ki, komanda olaraq işləyirik. Bir il ərzində əldə etdiyimiz inkişafla Red Bull ilə aramızdakı fərqin 2/3-ni bağladıq. Bu, eyni zamanda bazada gördüyümüz işlərin nəticəsidir. Əlbəttə, işləməy davam edəcəyik, çünki hazırda olduğumuz yerdən razı deyiləm.
Rəqibimdən 20 saniyə geri qalmaqdan xoşum gəlmir, amma keçən il Macarıstanda rəqibimizdən 65 saniyə geridə qalmışdıq. Bu il isə fərq azalıb”.
Şərh əlavə et