Kokpit.az bildirir ki, Maks Ferstappen hazırda peletonun ən gözəgəlimli sürücüsüdür. İstənilən komanda onu heyətində görmək istəyir. Niderlandlı sürücünü hamıdan çox istəyən komanda isə Mercedes-dir.
Red Bull mövsümün əvvəlindəki üstünlüyünü hazırda itirib. Komanda mövsümün əvvəlində ilk 5 yarışın 4-də qalib gəldiyi halda, son 7 yarışın sadəcə üçünü qazanıb.
Helmut Marko: “Maks bu qarışıqlığın ortasında özünə inamlı formada dimdik dayanıb. Lazım olanda qonaq otağına çəkilir və öz dünyasında yaşayır. Eyni zamanda bilir ki, uğur qazanmaq üçün bütün komanda bir arada olmalıdır. Bunun üçün əlindən gələni edir.
Komanda ruhunu qorumalı və böyütməliyik. Maks Ferstappen kimi sürücünü komandada saxlamağın və uğurlar qazanmağın tək yolu budur.
Maksın 2028-ci ilin sonuna qədər müqaviləsi var. Ancaq hər Formula 1 sürücüsü kimi onun da müqaviləsində maddələr var. Ancaq hər şeydən əvvəl Maksla mümkün qədər çox uğur qazanmaq istəyirik”.
Mercedes-in Maks Ferstappeni istəməsi barədə Marko belə deyib: “Bu çox normaldır. Ferstappen uğuru təmin edir. Fərq yaradan sürücüdür. Bu mövsüm Ferrari, Mercedes və McLaren ilə yarış qazana bilərdi. Əgər onunla müqaviləmiz olmasaydı, biz də onu transfer etmək istərdik”.
Şərh əlavə et