Kokpit.az xatırladır ki, monakolu sürücü cümə günü ikinci sərbəst yürüşlərdə qəza etsə də, sıralanma turunda qənaətbəxş nəticə göstərib və altıncı yeri tutub. O, dördüncü yeri tutan komanda yoldaşı Karlos Saynsdan geridə qalıb.
Şarl Lekler: “Məncə, bu nəticə cümə günündən sonra gözlənilən idi. Hazırda tempimiz bir az aşağıdır. Məncə, komanda üçün ən yaxşı nəticə 4 və 5-ci yerlər ola bilərdi.
Sıralanma turunda karyeramın ən yaxşı dövrəsini vurmadım. Son döngədə vaxt itirdim və bununla da beşinci yeri əldən verdim. Lakin bundan yaxşısını etmək mümkünsüz idi.
Buna görə də işləməliyik, çünki McLaren və Red Bull-a nisbətən tempimiz açıq-aydın zəifdir. Vəziyyətimiz bir az Mercedes ilə oxşardır.
Məncə, yarışda da ən yaxşı nəticə 4 və 5-ci yerlər olacaq. Lakin hava qızsa, bu hal dəyişə bilər. Təbii ki, təkərlərə nəzarət də çox vacib amildir. Buna görə də bunun üzərində işləməli və yarışa yaxşı hazırlanmalıyıq.
Lakin dediyin kimi hələlik McLaren və Red Bull-dan geridə qalırıq. Yəni ki, hələ görüləcək işlərimiz var. Komanda da bunun fərqindədir və əllərindən gələni edirlər.
Hazırda ən böyük problemimiz daha yaxşı nəticə qazanacaq performansa sahib olmamağımızdır. İnam problemimiz yoxdur. Sadəcə performans olaraq geridə qalırıq. Buna görə də gələcəkdəki yeniliklərdə performansımızı artırmağa köklənəcəyik”.
Qeyd edək ki, monakolu sürücü qalib gəldiyi Monako yarışından sonra xal üzünə həsrət qalıb. Bəs 26 yaşlı pilot bu uğursuz seriyaya Macarıstan yarışında son qoya biləcək?
Şərh əlavə et