Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Ümid edirəm problemlər həll olunar

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ayrılmadan əvvəl Ferrari-nin problemlərini tapmaq istəyir. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Macarıstandakı sıralanma turunda dördüncü yeri tutub və altıncı yeri tutan komanda yoldaşı Şarl Lekleri qabaqlayıb.

Karlos Sayns sıralanma turundan sonra bildirib ki, bi həftəsonu göstərdiyi performansdan razıdı: “Birinci sərbəst yürüşlərdə trasın temperaturu 60 dərəcə idi. Orada doğrudan da yaxşı dövrə vurmuşdum. Düşündüm ki, isti havada yuxarı pillələr uğrunda mübarizə apara bilərik, amma tras soyuyanda bir az  geriyə düşdük. Mənim üçün yaxşı həftəsonu oldu. Bütün sessiyalar çox yaxşı idi. Ən sürətli 3 maşından sonra dördüncü olduğum üçün sevincliyəm.

Əslində burada 240 km/saat sürətə çıxanda 11-ci və 4-cü döngələrdə dalğalanma problemi yaşadım. Bunu bir az da təhlil etməliyik. Hətta böyük ehtimalla real vəziyyətimizi öyrənmək üçün Spa-da yüksək sürətdə belə test etməliyik. Bu zəyifliyimizin fərqindəyik və bunu həll etmək üçün əlimizdən gələnin ən yaxşısını edirik. Amma bizim vaxta ehtiyacımız var. Ümid edirəm ki, qısa müddətdə olmasa da, uzun müddətdə və mən komandadan ayrılmadan əvvəl bu problemin həll yolunu tapa bilərik”.

Qeyd edək ki, dördüncü yer Monakodan sonra Ferrari-nin sıralanma turunda tutduğu ən yüksək yerdir.

Rauf Hacıyev

Şərh əlavə et