Xəbəri Kokpitdə Oxuyun!

Formula 1-ə türkiyəli sponsor gəlir

Türkiyə İş Bankı İtaliya Qran Prisində RB komandasının sponsorlarından biri olacaq. 

Kokpit.az bildirir ki, İtaliya Qran Prisində RB komandasının maşınında, sürücülərinin kombinezonlarında Türkiyə İş Bankının loqotipləri olacaq.

Komanda bu sponsorluq barədə belə açıqlama verib: “Visa ilə olan tərəfdaşlığımıza görə Türkiyə ilə işləmək fürsətimiz oldu və buna görə çox sevincliyik. Komandaya və idmana olan sevgilərinə görə Türkiyədəki azarkeşlərimizə təşəkkür edirik. İş Bankının bizə verdiyi dəstəyi təqdir edirik və bunu Montsadakı trasda göstərəcəyik.

Xüsusilə də 100-cü ildönümünü keçirən brendin bolidimizdə olması bizim üçün şərəfdir. Bu tərəfdaşlığa görə ən az sizin qədər həyəcanlıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et