Kokpit.az xatırladır ki, Aleks Elbon Avstraliya Qran Prisinin sərbəst yürüşlərdində qəza etmiş və ehtiyat şasi olmadığı üçün Williams komandası Albert Parkda bir maşınla yarışmalı olmuşdu. Aleks Elbon Loqan Sarcentin maşını ilə yarışmış və xalsız qalmışdı.
Lakin Formula 1-in ən titullu ikinci komandası artıq maşını bərpa edib və Suzukada yenidən iki maşınla mübarizə aparacaqlar.
Williams komandasından Deyv Robson: “Yaponiyadakı son yarışımızdan sadəcə bir neçə ay keçib və bu gözəl trasda fərqli fəsildə sürmək maraqlı olacaq.
Hava proqnozunda havanın daha sərin olacağı deyilir və yarışa təsir edəcək yağış da gözlənilir. Suzuka maşın, təkər və sürücülər üçün çətin trasdır. Pirelli də bu həftəsonu yüksək təzyiqə görə ən sərt təkərləri gətirir. Sərin hava təkərlərin işinə təsir edəcək. Sıralanma və yarış üçün bu şərtlərdə doğru yönü tapmalıyıq.
Melburndan qayıtdıqdan sonra bazada çox işlədik və Suzukada yaxşı nətizə qazanmaq üçün mübarizə aparacağıq”.
Aleks Elbon isə bunları əlavə edib: “Ən sevdiyim traslardan olan Suzukanı və möhtəşəm yapon fanatları səbirsizliklə gözləyirəm. Avstraliyadakı yarış istədiyimiz kimi keçmədi və çətinliklər yaşadıq. Buna baxmayaraq trasdakı və bazadakı uşaqlar qəzadan sonra maşını tez düzəltmək üçün var qüvvələri ilə işlədilər”.
Şərh əlavə et