Kokpit.az bildirir ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Sauber komandası Audi-yə satılıb 2026-cı ildə komandanın adı Audi olacaq.
Valtteri Bottasın gələcəyi müəmmalı olsa da, o nikbindir: “Belə halla ilk dəfə üzləşmirəm. Lakin bunun mənim üçün fərqi yoxdur, çünki həmişə özümü yaxşı tərəfdən göstərirəm. Komandada qalmağı çox istəyirəm. Liderlərlə fərqi bağlamaq və normal nəticələr üçün mübarizə aparmaq istəyirəm.
Audi layihəsi belə fürsət yarada bilər. Burada yarışmaq şansım var və hazırda mənim üçün ilk seçim Audi-dir. Əgər bu il olmasa, növbəti il sürücü bazarında yaxşı fürsətlər yaranacaq”.
Audi komandası Formula 1-ə gələndə Bottasın 36 yaşı olacaq. Finlandiyalı sürücü bu barədə belə danışıb: “Yaşımı saymıram, çünki Formula 1 karyeramın tezliklə sona çatacağını düşünmürəm. Hazırda 34 yaşım var, amma Fernando Alonso 42 yaşındadır. Onu yaxşı meyar kimi qəbul etmək olar”.
Əgər Bottas Sauber ilə razılaşa bilməsə, önündə Haas, Alpine və Williams kimi alternativlər olacaq.
Şərh əlavə et