Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen maşından razıdır

Red Bull komandasının sürücasü Maks Ferstappen yeni RB20-dən razı qalıb.

Kokpit.az xatırladır ki, Red Bull komandası testlərin ilk günündə tamamilə yenilənmiş RB20 ilə birinci olub. Düzdür, bu yeniliklərdən sonra hamı “qırmızı öküzlər” in yavaşlayacağını gözləyirdi. Buna baxmayaraq, Maks Ferstappen ən yaxın rəqibi Lando Norrisə 1.1 saniyə fərq atıb.

Maks Ferstappen: “Bolidlə bağlı ilk təəssüratlatlarım yaxşıdır. Performans barədə danışmaq istəmirəm, çünki bir söz demək mümkün deyil. Amma hər şey təbii və normal işlədi.

Boliddə yeniliklər var və fərqli görünür. Yeni şeylər həyəcanvericidir. 2023-cü ildəki uğurlarmızı təkrarlamaq çətin olacaq, amma biz həmişə öyrənməyə və böyüməyə davam edirik.

Bu o demək deyil ki, biz eyni sayda yarış qazanacağıq, amma RB20 rəqabətədavamlı maşın olacaq və ondan maksimumu almaq bizdən asılıdır. Bolidi tanımağı səbirsizliklə gözləyirəm. Mövsümün əvvəlindən etibarən növbəti mərhələyə keçirsiniz və stabil olmağa çalışırsınız. Qələbələr qazanacaq maşınımız olsa, bunu bacaracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et