Kokpit.az xatırladır ki, Lyuis Həmilton bu il Mercedes-də son mövsümünü keçirir və o, növbəti ildən Ferrari-də yarışacaq.
Lyuis Həmilton: “Yeni maşının axır ki, bir araya gəldiyini gördük. Çox həyəcanlıyam. Növbəti həftəni səbirsizliklə gözləyirəm. Bəhreynə gedəcəyik və ilk yarışın başlamasına sadəcə iki həftə qalacaq. O zaman rəqiblərimizin maşınlarını görəcəyik və müqayisə aparacağıq. Daha sonra trasda onlarla müəyyən mübarizələrimiz olacaq.
Yenə də maşının necə işlədiyini təcrübədən keçirəcəyik. Hər il fərqli xüsusiyyətlər olur. Əsas odur ki, bu xüsusiyyətləri kəşf edəsiniz və necə təkmilləşdirəcəyinizi anlayasınız.
Özümü motivasiyalı və köklənmiş hiss edirəm. Hər il mövsüm başlayanda “həmişəkindən daha hazırlıqlıyam” kimi şeylər deyirsiniz. Lakin bu il daha çox işləmişəm, daha çox vaxt keçirmişəm və hazırlıqlara daha çox köklənmişəm. Heç vaxt ağlıma gəlməzdi ki, karyeramın bu dövründə uğura həmişəkindən ac olacağam. Buna görə də mövsümü zirvədə bitirib, komandanın yenidən zirvəyə qayıtmasına kömək etmək mənim üçün şərəf olar”.
Şərh əlavə et