Kokpit.az xatırladır ki, “narıncılar” builki rəng çalarlarını yanvarın 16-da gözlənilmədən təqdim etmişdi. Komanda son illərdə olduğu narıncı və qara rənglərə üstünlük vermişdi. Bu gün isə Lando Norris və Oskar Piastrinin 2024-cü ildə sürəcəyi bolidin şəkilləri yayımlanıb. McLaren əvvəlki illərdə olduğu kimi bazada təqdimat etməyib və sosial şəbəkələrdə şəkillər paylaşıb.
Bundan bir il əvvəl – 2023-cü ilin maşınının təqdimatında heç kimin üzü gülmürdü, çünki hamı bilirdi ki, peletondakı ən zəif maşınlardan birinu hazırlayıblar. Lakin 2023-cü ilin ikinci yarısında komanda yüksəlişə keçmiş və 1 poul və sprint yarışı qazanmışdı. McLaren keçən mövsümü 9 podiumla tamamlamışdı. Britaniyalılar indi 2023-cü ilin ikinci yarısındakı maşını bir az təkmilləşdirməlidirlər. Komanda əgər bunu bacarsa, 2024-cü il onlar üçün gözəl keçə bilər.
McLaren qışda sadəcə MCL38-in üzərində işləməyib. Həm də sürücüləri ilə olan müqaviləni uzadıb. Yaxşı debütanr mövsümü keçirən Oskar Piastri ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalanıb. Lando Norris ilə olan müqavilə isə 2027-ci ilin sonuna qədər uzadılıb. Beləliklə, McLaren peletondakı ən gənc və ən istedadlı sürücü heyətini qorumaq üçün vacib addım atıb.
Şərh əlavə et