Xəbəri Kokpitdə Oxuyun!

Ferrari SF-24 ilk dəfə trasa çıxarılıb

Ferrari SF-24 nahardan sonra trasa çıxarılıb. 15 kilometrlik testdə sükan arxasına Karlos Sayns keçib.

Kokpit.az xatırladır ki, Ferrari bu gün SF-24-ü təqdim etmişdi. Təqdimatdan sonra günəşli havada Ferrari SF-24 ilk dəfə trasa çıxarılıb.

Ferrari reqlamentin icazə versiyi 15 kilometrlik testdə Fyoranoda yeni maşınla 5 dövrə vurub. Sükan arxasına ilk olaraq Karlos Sayns keçib və bir neçə dövrədən sonra boksa qayıdıb.

Azarkeşlər trasa gələrək yeni maşının debütünə şahidlik ediblər. Ferrari o an video yayımlayıb.

Sabah isə Ferrari 200 kilometrlik çəkiliş günü təşkil edəcək və hər iki sürücü sükan arxasına keçəcək.

Rauf Hacıyev

Şərh əlavə et