Xəbəri Kokpitdə Oxuyun!

McLaren yeni sponsorlar tapıb

McLaren komandası yeni mövsümdən əvvəl 3 yeni sponsorla müqavilə bağlayıb.

Kokpit.az xatırladır ki, McLaren keçən il maliyyə və insan resursları sahələrində qabaqcıl proqramlaşdırma şirkəti olan Workday ilə müqavilə bağlamışdı.

Tərəflər bu ortaqlıqdan razı qalıblar və 2024-cü il üçün tamamilə yeni müqavilə bağlayıblar. Workday artıq McLaren ilə daha genişmiqyaslı işləyəcək. Şirkətin loqotipləri MCL38-in arxa qanadında və komandanın geyimlərində olacaq.

McLaren komandası eyni zamanda Ecolab ilə çoxillik müqavilə bağlayıb. Ecolab şirkəti isə su təmizləmə və dizenfeksiya sistemlərinin təkmilləşdirilməsi ilə məşğuldur. Növbəti mövsüm Lando Norris və Oskar Piastrinin yarış kombinezonlarında şirkətin loqotipləri də olacaq.

Ən sonda McLaren bulud depolama xidməti ilə məşğul olan Dropbox ilə çoxillik müqavilə bağlayıb. Şirkət komandanın rəsmi tərəfdaşı olacaq və loqotipləri MCL38-in üzərinfə, Lando Norris və Oskar Piastrinin geyimlərində və dəbilqələrində olacaq.

Rauf Hacıyev

Şərh əlavə et