Xəbəri Kokpitdə Oxuyun!

Həmilton özü ilə heç kimi apara bilməyəcək

Lyuis Həmiltonun Ferrari-yə mühəndislər aparacağı ilə bağlı iddialar belə görünür ki, çünki Mercedes komandası yeddiqat Dünya Çempionunun müqaviləsinə ayrılarkən mühəndis apara bilməyəcəyi ilə bağlı maddə əlavə edib.

Kokpit.az bildirir ki, son günlərdə Lyuis Həmiltonun bəzi mühəndisləri Mercedes-dən Ferrari-yə aparacağı ilə bağlı iddialar var. Deyilənə görə yeddiqat Dünya Çempionu Piter Bonninqton və Andryu Şovlini özü ilə Ferrari-yə aparacaq. Lakin belə görünür ki, qaradərili sürücünün bu istəyi reallaşmayacaq.

Britaniya mətbuatının verdiyi xəbərə görə Mercedes Həmiltonla keçən ilin avqustda ayında bağladığı müqaviləyə belə maddə əlavə edib. İngiltərədə buna “qaçıra bilməmə maddəsi” deyilir və bir işçi şirkətlə yollarını ayıranda əvvəlki iş yoldaşını özü ilə apara bilmir.

Mercedes eyni maddəni Lyuis Həmiltonda tətbiq edib. Bu halda 39 yaşlı sürücü iş yoldaşlarını Ferrari-yə apara bilməyəcək.

Komandalar heyətlərini qorumaq üçün tez-tez bu maddədən istifadə edirlər. 2015-ci ildə Sebastyan Fettel Ferrari-yə keçərkən Red Bull da almaniyalı sürücüyə eyni maddəni tətbiq etmişdi.

Rauf Hacıyev

Şərh əlavə et