Xəbəri Kokpitdə Oxuyun!

Haas da təqdimat tarixini açıqlayıb

Haas komandası 2024-cü il maşınının rəng çalarını fevralın 2-də Bakı vaxtı ilə 18:00-da təqdim edəcək.

Kokpit.az xatırladır ki, bütün komandalar təqdimat tarixlərini açıqlasalar da, Haas bu barədə heç bir məlumat yaymamışdı. Beləliklə Amerika təmsilçisi VF-24-ün rəng çalarını fevralın 2-də internet səhifəsi üzərindən təqdim edəcək. Təqdimat Amerika saatı ilə səhər saat 9-da, bizim saat ilə axşam saat 6-da olacaq.

Haas bu il də əvvəlki illərdəki strategiya ilə gedəcək. Əvvəlcə rəng çaları reallaşacaq. Sonra çəkiliş günü təşkil ediləcək və maşınla bağlı real şəkillər ortaya çıxacaq. Beləliklə, 2024-cü il üçün bütün maşınların təqdimat tarixi aydınlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et