Kokpit.az xatırladır ki, monakolu sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaqdı. Tərəflər artıq bir ildir ki, yeni müqavilə üçün danışıqlar aparırdılar və nəhayət ki, danışıqlar tərəflər üçün yaxşı başa çatıb.
Bu gün verilən açıqlamada “qırmızılar”ın gənc sürücü ilə çoxillik müqavilə bağladığı deyilib. Monakolu sürücü neçə ilik müqavilə bağladığı hələ məlum deyil. İddialara görə tərəflər üçillik müqaviləyə imza atıblar.
Komandanın rəhbəri Frederik Vassyör: “Şarlın Ferrari ilə münasibəti sürücü-komanda münasibətindən artıqdır. Onun dəyərləri ilə kollektivimizin dəyərləri üst-üstə düşür. Buna görə də yeni müqavilənin imzalanması gözlənilən idi.
O, həmişə limitlərdə sürüb. Bundan başqa yarışda mübarizə aparmaq və ötmə etməkdə ən istedadlı sürücülərdəndir. Ona qalib gələcəyi maşın verməyə qərarlıyıq. Onun istəyir və qərarlı olması qələbələr qazanmağımıza kömək edəcək”.
Ferrari komandası Karlos Saynsla bağlı hər hansı açıqlama verməyib. İddialara görə ispaniyalı sürücü ilə olan danışıqlar hələki nəticə verməyib.
Şərh əlavə et