Kokpit.az xatırldır ki, italyan sürücü Meksika yarışını üçüncü yerdə bitirərək, 20 yaşında titulu rəsmiləşdirib.
Meksika Qran-prisində damalı bayrağı ilk keçən Ferstappen yarışdan sonra podiumda çıxış edərək yeni Dünya Çempionunu təbrik edib: “Bu, həqiqətən inanılmazdır.
Belə gənc yaşda gəlib möhtəşəm mövsüm keçirmək və buna nail olmaq sözün əsl mənasında çox təsiredicidir.
Bütün komandasının onunla birlikdə bu qələbəni qeyd etməsini görmək çox xoşdur. Üstəlik, ailəsi də bu özəl gündə onun yanındadır. Əminəm ki, bu gün onun üçün çox duyğulu anlarla yadda qalacaq. Antonelli ilə həqiqətən fəxr edirəm.
Bu gün trasda hər şey olduqca qarışıq və gərgin idi. Deyə bilərəm ki, ilk start və ilk dövrədəki möhtəşəm çıxışım yarışın gedişatını müəyyənləşdirdi.
Daha sonra rəqiblərimizdən bir qədər fərqli strategiya seçdik.
Xalis sürət baxımından bir qədər geridə qaldığımızı qəbul edirəm. Amma təslim olmadıq, mübarizəni davam etdirdik və doğru məqamlarda düzgün qərarlar verməyi bacardıq.
Təbii ki, Şarl Leklerə verilən cərimə bizi liderliyə yüksəltdi. Bundan sonra isə rəqiblərimizlə yaxın mübarizəyə girdik.
Həqiqətən çətin yarış oldu. Son dövrələrdə Lyuis Həmiltonu arxamda saxlamaq üçün sükan arxasında sözün əsl mənasında gərgin anlar yaşadım”.




Şərh əlavə et