Xəbəri Kokpitdə Oxuyun!

Hacar azarkeşlə insidentə görə stüardların qarşısına çıxacaq

Meksika Qran Prisinin paddokunda azarkeşlərdən birini itələdiyi görüntülərlə gündəmə gələn Red Bull pilotu Ayzek Hacar etik qaydaları pozduğu iddiası ilə FIA stüardları qarşısında izahat verməli olacaq.

Meksika Qran Prisinin cümə günü bir azarkeşlə fiziki təmas yaşaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan fransalı pilot rəsmi olaraq FIA stüardları tərəfindən çağırılıb. Hacar şənbə günü yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə 20:15), son sərbəst yürüşdən əvvəl stüardların qarşısına çıxacaq.

Rəsmi bildirişdə hadisənin detalları açıqlanmasa da, araşdırmanın FIA-nın Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.l maddəsi əsasında başladıldığı bildirilib. Həmin maddə idmana, rəsmi şəxslərə və ya avtoidmanın maraqlarına mənəvi zərər vuran hərəkət və davranışları əhatə edir.

Bu qayda çərçivəsində tətbiq oluna biləcək sanksiyalar sadə xəbərdarlıq və ya töhmətdən başlayaraq yüksək məbləğdə cərimələrə qədər uzanır. Hadisənin ciddiliyindən asılı olaraq start cəzası və ya yarışdan kənarlaşdırma kimi idman sanksiyaları da tətbiq oluna bilər.

Rauf Hacıyev

Şərh əlavə et