PBlog nəşri öz mənbələrinə istinadən yazıb ki, Haas komandası 2027-ci ildə fransalı pilotla əməkdaşlığı davam etdirməmək barədə yekun qərar qəbul edib. Məlumata görə, komanda artıq onu əvəz edə biləcək üç namizədi nəzərdən keçirib. Söhbət Leonardo Fornaroli, Rio Hirakava və Rafael Kamara barədə gedir.
Bu üçlük arasında müqavilə imzalamaq şansı ən yüksək olan pilot Kamara hesab olunur. Mənbələrin məlumatına görə, braziliyalı pilotun gələn il Okonu əvəz etməsi ehtimalı 90 faizdir.
Kamaranın lehinə təkcə Haas bolidlərində istifadə olunan Ferrari mühərriklərinin istehsalçısından aldığı dəstək deyil, həm də komandanın böyük ümid bəslədiyi braziliyalı sponsorlar çıxış edir.
Hazırda Haas-ın Rafael Kamara ilə müqaviləni nə vaxt imzalayacağı və bunu nə zaman açıqlayacağı dəqiq məlum deyil. Bunun üçün uyğun və məntiqli tarix kimi noyabrın 6–8-də keçirilməsi planlaşdırılan San-Paulu Qran Prisi göstərilir.
Qeyd edək ki, bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.




Şərh əlavə et