Corc Rassell: “Montsada mənim də güc qurğumu dəyişmədiklərinə görə təəssüflənirəm. Slipstrimin bu qədər güclü effekt verəcəyini heç kim gözləmirdi. Maks məni keçəndən sonra növbəti dövrədə mən slipstrim hesabına düz yolda 1.4 saniyə geri aldım. Xatırladığınız kimi, Kimi cəmi bir neçə dövrəyə 5-6-cı yerə qədər yüksəlib. Bu, mühərrikin dəyişdirilməsinə görə cəzanı tətbiq etmək üçün ideal yarış idi.
Komandanın sürücülərə yanaşması bərabərdir. Açığı, Montsada Kimi yarışın sonunda pit-stopa gedəndə əmin idim ki, doğru strategiya məhz məndədir. Startdan əvvəl brifinqdə müəyyən etmişdik ki, əgər mümkün olsa, Hard təkərlərlə start götürüb adi pit-stopdan yayınmaq yarışı ən sürətli keçirməyin yoludur.
Mən hesab edirəm ki, Kimi hazırda əslində məndən daha yaxşı çıxış edir. Əgər mən pit-stopa girsəydim, o isə trasda qalsaydı, bəlkə də yenə də yarışı qazanardı. Kim bilir. Mən öz üzərimdə işləməyə davam etməliyəm”.




Şərh əlavə et