Xəbəri Kokpitdə Oxuyun!

10 il, 35 mindən çox müraciət: Azərbaycan Qran Prisinin görünməyən qəhrəmanları

Bakıdan Monakoya, Ostindən Əbu-Dabiyə – Azərbaycanlı marşallar son 10 ildə yalnız yerli yarışın deyil, dünyanın müxtəlif Formula 1 Qran Prilərinin də bir hissəsinə çevriliblər.

Formula 1 Azərbaycan Qran Prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub. Bu rəqəm proqramın illər ərzində artan populyarlığını Bakıda formalaşan marşal heyətinin keçdiyi inkişaf yolunu əks etdirir.

2016-cı ildə Bakıda keçirilən ilk Formula 1 yarışı zamanı marşalların böyük hissəsi Bəhreyndən cəlb edilmişdisə, artıq 2017-ci ildə onların mütləq əksəriyyətini yerli marşallar təşkiledib.

Müraciətlərin sayı da bu marağın necə dəyişdiyini göstərir: 2017-ci ildə marşal olmaq üçün 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib. Azərbaycan Qran-Prisinin 10 cu yubiley yarışında 40 marşal postunda 1100 marşalın iştirakı nəzərdə tutulur.

Bakıdan dünya Qran Prilərinə

Azərbaycanlı marşalların qazandığı təcrübə artıq Bakı yarışı ilə məhdudlaşmır. Hər il təxminən 25–30 yerli marşal müxtəlif Formula 1 yarışlarında çalışmaq üçün xarici ölkələrə səfər edir.

2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Formula 1-in ən məşhur yarışlarından biri olan Monako Qran Prisində fəaliyyət göstərib. Monakoda əsasən yerli marşallara üstünlük verilməsi xaricdən iştirak imkanlarının məhdud olması bu nəticəni xüsusilə əlamətdar edir.

Azərbaycanlı marşalların beynəlxalq yarışlarda qazandığı təcrübənin nümunələri arasında ABŞ Əbu-Dabi Qran Priləri var. Belə ki, 2021-ci ildə ABŞ-nin Ostin şəhərində keçirilən Qran-Pridə bir post tamamilə azərbaycanlı marşallardan ibarət olub. Azərbaycanlı yanğın təhlükəsizliyi marşalları isə iki il ardıcıl olaraq Əbu-Dabi Qran Prisinin pit-leyn zonasında çalışıblar.

Xarici marşallar dünyada ilk qadın marşal postu

Azərbaycan Qran Prisi xarici marşallar arasında da böyük maraqqazanıb. Hər il 400–500-ə yaxın xarici marşal yarışda iştiraketmək üçün müraciət edir.

2026-cı il Azərbaycan Qran Prisində 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal yarışın təşkilinə cəlb olunacaq.

Qadın marşallar da Azərbaycan Qran Prisinin marşal heyətinin mühüm hissəsini təşkil edir. 2022-ci ildə Bakı yarışında postlardan birinin tamamilə qadın marşallardan ibarət olması Formula 1 tarixində ilk belə nümunə kimi qeyd olunub təşəbbüs sonrakı illərdə davam etdirilib.

Yarışın görünməyən qəhrəmanları

Formula 1 yarışlarında marşallaryarışın rəsmi simalarıkimi tanınır. Onlar trek boyunca təhlükəsizliyə nəzarət edir, insidentlər zamanı operativ müdaxilə göstərir yarışın normal davam etməsində mühüm rol oynayırlar.

Hazırda 2026-cı il Azərbaycan Qran Prisi üçün marşalların təlimləri davam edir. Təlimləri uğurla başa vuran iştirakçılar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) beynəlxalq lisenziyasını əldə edə bilirlər. Azərbaycanda bu lisenziyalar Azərbaycan Avtomobil Federasiyası tərəfindən təqdim olunur.

İlk Bakı yarışında xarici təcrübəyə ehtiyac olduğu halda, bu gün azərbaycanlı marşallar özləri dünyanın müxtəlif Qran Prilərində fəaliyyət göstərirlər. 35 mindən çox müraciət, 1 100 yerli marşal 40 ölkədən beynəlxalq iştirakçıAzərbaycan Qran Prisinin 10 illik tarixində marşal proqramının necə böyük beynəlxalq bir platformaya çevrildiyini göstərən rəqəmlərdir.

 

Rauf Hacıyev

Şərh əlavə et