Monzadakı sıralanma turunda komanda yoldaşı Şarl Leklerin arxasında qalan Həmilton məşqlərdə avtomobilin çox yaxşı hiss etdirdiyini və sıralanma turundan əvvəl heç bir dəyişiklik etmədiklərini söyləyib.
Lakin Q2-nin ilk cəhdində gözlənilmədən temp itirdiklərini bildirən britaniyalı pilot bunun səbəbinin təkər təzyiqi, temperaturu və ya başqa amillə bağlı ola biləcəyini və məsələni araşdırmalı olduqlarını deyib.
Lyuis Həmilton: “Bu, həqiqətən də çox, çox çətin sessiya idi. Avtomobil məşqlərdə özünü həqiqətən çox yaxşı hiss etdirirdi və sıralanma turlarında heç nəyi dəyişməmişdik. Buna görə də Q1-ə girərkən özümü yaxşı hiss edirdim və Q1 də yaxşı keçdi.
Sonra oturub gözlədik. Q2-nin ilk cəhdi üçün pit yolunda çox uzun müddət gözlədik və başa düşmədiyimiz səbəbdən tempimiz yox idi. Bunun səbəbini həqiqətən bilmirəm. Təkər təzyiqi, təkər temperaturu və ya başqa bir şey ola bilər. Bunu araşdırmalıyıq.
Başqa bir avtomobilin arxasınca gedəndə döngəyə bir neçə km/saat daha yüksək sürətlə daxil olursunuz və buna uyğun olaraq əyləc məsafələri də dəyişir. Ona görə də hər şey ritmi tutmaqla bağlıdır və mən Q3-ün ilk cəhdində tempimi tamamilə itirdim”.
Həmilton yarış tempinin sıralamadakı göstəricilərindən daha yaxşı ola biləcəyini və Ferrari-nin yaxşı avtomobilə sahib olduğunu düşündüyünü bildirib.
Bununla belə, Mercedes mühərrikindən istifadə edən avtomobillərin düzlüklərdə hələ də üstünlük qazandığını deyən ysddiqat Dünya Çempionu Ferrari-nin mövcud şəraitdə əlindən gələnin ən yaxşısını etməli olduğunu vurğulayıb: “Düşünürəm ki, həqiqətən əla avtomobilimiz var. Qarşımızda hələ Mercedes mühərrikli avtomobillər var və onlara bu qədər yaxın ola bilməyimizi yaxşı nəticə hesab edirəm. Lakin onlar düzlüklərdə hələ də bir neçə onda bir saniyə qazanırlar və biz də əlimizdən gələnin ən yaxşısını etməliyik. Ümid edirəm ki, gələcəkdə gücdən bu qədər asılı olmayan bəzi traslara gedəcəyik”.




Şərh əlavə et